“Anam niyə ölsün ki, özün öl!”

18:18 - 4 Fevral 2025 - Cəmiyyət

“Anamın səhhəti yaxşıdır, şükür. Onun müalicəsi klinikada davam etdirilir”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızı deyib.

N.Tofiqqızı sözlərinə belə davam edib: “Anamın səhhətinin ağırlaşdığını deyənlər və ya ölüm xəbərini yayanlar qələt edirlər. Ayıbdır, vallah. Anam niyə ölsün ki, özün öl!”

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudovanın səhhətində problemlər yaranıb. Həkimlər onun beyin insultu keçirdiyini qeyd edib.

Xəbər xətti