Tramp ABŞ-ın İrana maksimum təzyiqi ilə bağlı fərman imzalayıb

00:04 - 5 Fevral 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana maksimum təzyiqini bərpa etmək üçün fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin məlumatına görə, imzalanma mərasimi zamanı Amerika lideri ümid etdiyini bildirib ki, Vaşinqton bu alətdən tez-tez istifadə etmək məcburiyyətində qalmayacaq.

“Ümid edirəm ki, bundan çox istifadə etməli olmayacağıq”, - Tramp yeni sənəd haqqında deyib.

Xəbər xətti