Kolleclərdə müəllimlik ixtisası ləğv olunacaq - Nazir

11:59 - 6 Fevral 2025 - Cəmiyyət

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, kolleclərdə müəllimlik ixtisasının tədricən ləğv edilməsi nəzərdə tutulur.

Ucnoqta.az xəbər verir ki, o, AzTV-yə müsahibəsində bildirib ki, bu addım müəllimlik peşəsində rəqabəti artırmağa xidmət edəcək.

Nazir qeyd edib ki, bəzi fənlər üzrə müəllim hazırlığı artıq yalnız ali təhsil müəssisələrində aparılır:

"Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri yalnız universitetlərdə hazırlanır. Kolleclər isə əsasən ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimlərini yetişdirirdi".

E. Əmrullayevin sözlərinə görə, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı da məhdudlaşdırılacaq:

"Bu qərarın əsas səbəbi müəllim sayının tələbata uyğun tənzimlənməsidir".

Nazir vurğulayıb ki, hazırda qəbul olunan müəllimlərin bir hissəsi sonradan bu sahədə fəaliyyət göstərmir. Buna görə də qəbul planının optimallaşdırılması, müəllimlik ixtisasının daha rəqabətli olmasına töhfə verəcək.

Xəbər xətti