Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər tutulub

09:05 - 6 Fevral 2025 - HADİSƏ

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, həyata keçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti