Tramp administrasiyası ÜST-nin islahat planını nəzərdən keçirir

11:31 - 6 Fevral 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun üzvlüyünü qorumaq üçün Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) mümkün islahat planını nəzərdən keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə və əldə etdiyi sənədə istinadən Reuters agentliyi məlumat yayıb.

Bu məlumata görə, plan, xüsusən də Trampa birbaşa hesabat verəcək və mümkün islahatla bağlı təşkilatla danışıqlara nəzarət edəcək ABŞ-ın ÜST üzrə xüsusi nümayəndəsinin təyin edilməsini nəzərdə tutur.
Agentlik qeyd edir ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən əvvəl hazırlanan sənəddə həmçinin ABŞ-ın yeni administrasiyasına təşkilatı ən qısa müddətdə tərk etməsi, onunla qarşılıqlı fəaliyyət üçün radikal yeni yanaşma inkişaf etdirilməsi və ÜST-nin hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun səlahiyyət müddəti başa çatdıqdan sonra baş direktor vəzifəsinə amerikalı təyin edilməsi məqsəd qoyulub.

Xəbər xətti