Qrossi Pakistana səfər edəcək

23:46 - 6 Fevral 2025 - DÜNYA

 Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftə Pakistana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şəfqət Əli Xan həftəlik mətbuat brifinqində bildirib.

Xan deyib ki, AEBA-nın baş direktoru Rafael Qrossi Pakistan hökumətinin dəvəti ilə gələn həftə bu ölkəyə rəsmi səfər edəcək.

Qrossinin baş nazir Şahbaz Şərif və İslam Respublikasının xarici işlər naziri İshaq Dar ilə görüşləri nəzərdə tutulub.
Bundan əlavə, o, Pakistan Nüvə Tənzimləmə Təşkilatı və Milli Elmlər və Texnologiya Universiteti tərəfindən təşkil edilən seminarlarda iştirak edəcək, Lahordakı Nüvə Təbabəti və Onkologiya İnstitutuna və MAQATE-nin köməyi ilə tikilmiş Çaşma Atom Elektrik Stansiyasına baş çəkəcək.

Xəbər xətti