Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən "İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, şirkəti məhkəməyə verən şəxs Orucov Gülmalı Kamal oğludur.
G.Orucov MMC barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər” məsələrlə bağlı iddia qaldırıb.
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Səbinə Nuriyevanın icraatındadır.