Azad edilmiş ərazilərdə daha 61 mina aşkarlanıb

12:50 - 28 İyul 2025 - ÖLKƏ İÇİ

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.07.2025 - 27.07.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 46 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 1 097 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 354,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti