Almaniyada qatar qəzasında 3 nəfər ölüb

00:00 - 28 İyul 2025 - DÜNYA

Almaniyanın cənub-qərbində Riedlingen (Baden-Vürtemberq) yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən DPA agentliyi məlumat yayıb.

Bundan əlavə, bir neçə nəfər ağır yaralanıb, lakin qurbanların dəqiq sayı barədə məlumat verilmir.
Almaniya kansleri Fridrix Merz X səhifəsində həlak olanların ailələrinə başsağlığı verib. 

Xəbər xətti