Almaniyanın cənub-qərbindəki Biberach bölgəsində sərnişin qatarı relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 27-də Ştutqart polisinin nümayəndəsinə istinadən Bild qəzeti məlumat yayıb.
İlkin məlumata görə, bir neçə nəfər xəsarət alıb.
Qatarın bir hissəsinin aşdığı, bir vaqonun damının ciddi zədələndiyi qeyd edilir. Bir neçə vaqon tamamilə relsdən çıxıb.
Hadisə yerinə polis və təcili yardım qüvvələri gəlib.