ABŞ Sahil Mühafizəsi iyulun 27-də öz internet səhifəsində iki mühərrikli "Beechcraft" təyyarəsinin Kaliforniya ştatının Pacific Grove sahillərində qəzaya uğraması nəticəsində üç nəfərin öldüyünü bildirib.
Ucnoqta.az-ən məlumatına görə, NBC News xəbər verir ki, şəxsi təyyarə San-Fransisko yaxınlığındakı San Karlos hava limanından havaya qalxıb və Sakit Okeana düşməzdən əvvəl təxminən 30 dəqiqə havada qalıb.
Qəza nəticəsində Kaliforniya sakinləri 60 yaşlı Stiv Eugene Clutterack, 36 yaşlı Ceyms Vinsent və 44 yaşlı Ceymi Li Tabskott həlak olub.