Lökbatanda yanğın törədən şəxs saxlanılıb

13:48 - 28 İyul 2025 - HADİSƏ

İyulun 28-də saat 11 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qamışlıq sahədə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Ucnoqta.az-a bildirib ki, yanğını törədən 1996-cı il təvəllüdlü Kənan Aslanov saxlanılıb. Həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunverciviliyə uyğun tədbir görülüb.

Xəbər xətti