Ucnoqta.az
www.ucnoqta.az

“İrşad Electronics“ məhkəməyə verildi

09:08 - 7 Fevral 2024 tarixində dərc olunub.

Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən "İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib. 

Valyuta.az-ın məlumatına görə, şirkəti məhkəməyə verən şəxs Orucov Gülmalı Kamal oğludur. 

G.Orucov MMC barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər” məsələrlə bağlı iddia qaldırıb. 

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Səbinə Nuriyevanın icraatındadır. 

Müəllif: Ucnoqta.az redaksiyası