Mayamidə barjla qayıq toqquşub - iki uşaq həlak olub

13:08 - 29 İyul 2025 - DÜNYA

Florida ştatının Mayami şəhərində barjla qayığın toqquşması nəticəsində iki uşaq ölüb, daha ikisinin vəziyyəti ağırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

Agentliyin məlumatına görə, qayığa ciddi ziyan dəyib və batıb. Təcili yardım xidmətləri altı nəfəri sudan çıxarsa da, onlardan ikisi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Agentliyin rəsmi statistikasına görə, 2024-cü ildə 550 amerikalı qayıqla gedərkən həlak olub, onlardan 43-ü başqa bir gəmi ilə toqquşma nəticəsində.

Xəbər xətti