Aktrisa Pamela Anderson əri və oğulları ilə ictimaiyyət qarşısına çıxıb.
Ucnoqta.az xəbər verir ki. bu barədə “New York Post” məlumat yayıb.
Pamela Anderson premyeraya atlaz mavisi libasda qolları açıq gəlib. Saçları yumşaq dalğa ilə tərtib edilib və aktrisa makiyajdan imtina edib.
O, Tommi Li ilə ilk evliliyindən olan oğulları: 29 yaşlı Brendon və 27 yaşlı Dilanla kamera qarşısına keçib. Aktrisanın əri Liam Nison onun yanında və oğulları ilə birlikdə pozalar verib: Nataşa Riçardsondan olan 28 yaşlı Daniel və 30 yaşlı Maykl.