Kamçatkada baş verən zəlzələdən sonra Perunun bütün sahillərində sunami təhlükəsi var.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya və Naviqasiya İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, bu seysmik hadisə Peru sahillərində sunami xəbərdarlığı üçün şərait yaradır.
Ölkənin hakimiyyət orqanları hələlik təxliyə ilə bağlı heç bir əmr verməyib. Bundan əvvəl Çili və Ekvador hakimiyyəti sunami təhlükəsi barədə məlumat vermişdi.
Çərşənbə günü səhər Kamçatkada 8,7 bal gücündə zəlzələ baş verib.