Qaz idarəsinin əməkdaşı faciəli şəkildə öldü

16:27 - 30 İyul 2025 - HADİSƏ

"Azəriqaz"ın əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb. 

Ucnoqta.az sosial şəbəkələrə istinadən xəbər verir ki, Zaqatala Regional Qaz istismar idarəsinin, Ağdaş Xidmət sahəsi üzrə Qəza dispetçer xidmətinin böyük mühəndisi Kərimov Şahid Baloğlan oğlu Rusiyada dünyasını dəyişib. 

Məlumata görə, Ş.Kərimov bir neçə gün əvvəl məzuniyyətə çıxaraq Rusiyaya istirahətə gedib. Orada ehtiyatsızlıqdan yıxılan Ş.Kərimov başından aldığı xəsarətdən ölüb. 

Xəbər xətti