Yaponiyada təbi fəlakət nəticəsində 1 nəfər ölüb

07:25 - 31 İyul 2025 - DÜNYA

Yaponiyada Kamçatkada baş verən zəlzələ və onun törətdiyi sunami nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi məlumat verib.

Xilasetmə xidmətlərinin məlumatına görə, bir nəfər Kumamoto prefekturasında öz avtomobili ilə sahilyanı ərazidən evakuasiya etmək istəyərkən avtomobil qəzası nəticəsində həlak olub - sürücü dağ yolunda idarəetməni itirib. Təxliyə zamanı 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sunami nəticəsində ölənlər və zərərçəkənlər, eləcə də ciddi dağıntılar barədə birbaşa məlumat verilməyib.

Xəbər xətti