Neftin qiymətində ucuzlaşma baş verib

15:41 - 30 İyul 2025 - İQTİSADİYYAT

Çərşənbə günü gün ərzində neft qiymətləri bir aydan çox müddətdə bir gün əvvəl çatdığı maksimumdan geri çəkilərək enməyə başladı.

Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin sentyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,61 dollar (0,84%) ucuzlaşaraq bir barel üçün 71,9 dollar olub.
Həmçinin, WTI markalı neftin sentyabr fyuçersləri NYMEX birjasında 0,61 dollar (0,88%) ucuzlaşaraq bir barelə görə 68,6 dollar olub.

Bir gün əvvəl neftin qiyməti 3,5%-dən çox artıb və ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya 10 gün vaxt verməsindən sonra iyunun 20-dən bəri yeni maksimuma çatmışdı.

Xəbər xətti