Bu il ali təhsil müəssisələrində bütün ixtisas qrupları üzrə pedaqoji – yəni müəllimlik ixtisaslarının sayı kəskin şəkildə azaldılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Ekspertin sözlərinə görə, hətta bəzi universitetlərdə bəzi müəllimlik ixtisasları tamamilə ləğv olunub:
"Ona görə də abituriyentlər ixtisas seçimi zamanı çox diqqətli olmalıdırlar. 2024-cü ilin ballarına əsaslanaraq seçim edərkən unutmayın ki, bu il pedaqoji ixtisasların keçid ballarında ciddi artım gözlənilir".