Binəqədi rayonunun bəzi ərazilərində qaz kəsiləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar iyulun 30-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi şosesinin, M.Ə.Rəsulzadə qəsəbəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin bir hissəsinin, Baksol yaşayış massivinin, eləcə də 1-ci, 2-ci və 3-cü Mədən ərazilərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.