Rumıniyada dağıdıcı daşqınlar nəticəsində təxminən 7 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agerpres agentliyi məlumat yayıb.
Belə ki, Suceava qraflığında 3 nəfər daşqın nəticəsində həlak olub, itkin düşənlər var. Evlərə, yollara, sosial və məişət infrastrukturuna xeyli ziyan dəyib.
Neamt qraflığında 290-dan çox evə ziyan dəyib, 890-dan çox insan təxliyə edilib.
Ümumilikdə, bu iki əyalətdə son 24 saat ərzində yağan güclü yağışlar və yerli çayların daşması səbəbindən agentliyin məlumatına görə, 470-dən çox təsərrüfat su altında qalıb, 200-dən çox sakin su basmış evlərdən həm qurudan, həm də helikopterlərlə təxliyə edilib.
Dunay Deltasındakı Musura körfəzində 14 turistin olduğu qayıq fırtına zamanı aşıb, onlardan 4-ü hadisə nəticəsində dünyasını dəyişib. Turistlərin milliyyəti hələlik məlum deyil.