Pirşağı çimərliyində daha 2 nəfər boğuldu

11:17 - 29 İyul 2025 - HADİSƏ

Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər suda batıb.

Ucnoqta.az qafqazinfo.az-a istinadən xəbər verir ki, dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar.

Onların meyiti sudan çıxarılıb.

Ölüm faktları ilə bağlı araşdırmalar aparılır.

Xəbər xətti