Ermənistanda döyüş postunda baş verən yanğın nəticəsində ehtiyatda olan hərbçi ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, fevralın 6-da saat 13:20 radələrində N saylı hərbi hissənin müdafiə bölməsinin döyüş mövqeyinin blindajının yanında yerləşən evdə naməlum şəraitdə baş vermiş yanğın nəticəsində ehtiyatda olan əsgər, 1985-ci il təvəllüdlü Artur Varujanoviç Qriqoryan ölüb.
Yanğın lokallaşdırılıb və söndürülüb. Digər itki yoxdur.