Ucnoqta.az
www.ucnoqta.az

Erməni hərbçi postda yanaraq öldü

22:04 - 6 Fevral 2024 tarixində dərc olunub.

Ermənistanda döyüş postunda baş verən yanğın nəticəsində ehtiyatda olan hərbçi ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, fevralın 6-da saat 13:20 radələrində N saylı hərbi hissənin müdafiə bölməsinin döyüş mövqeyinin blindajının yanında yerləşən evdə naməlum şəraitdə baş vermiş yanğın nəticəsində ehtiyatda olan əsgər, 1985-ci il təvəllüdlü Artur Varujanoviç Qriqoryan ölüb.

Yanğın lokallaşdırılıb və söndürülüb. Digər itki yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası