0
Martın 10-da, saat 15:30 radələrində, cəbhə xəttində yerləşən erməni hərbi hissələrindən birində müqavilə ilə xidmət edən hərbçi Zohrab Grigoryeviç Sianosyan məhv edilib. Ucnoqta.az erməni KİV-ə istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü hərbçi sinəsindən aldığı güllə yarasından yerindəcə ölüb.
