0
Azərbaycanın sərbəst güləşçisi Ramiq Heybətov İranın paytaxtı Tehranda keçirilən “Day of children” turnirində bürünc medal qazanıb.
55 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə Ermənistan təmsilçisi ilə üz-üzə gəlib.
Heybətov rəqibini böyük hesabla məğlubiyyətə uğradıb – 19:6. /report
