2026-cı il 17–22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 Azərbaycanın ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlərdən biri oldu.
Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri olaraq hesab edirəm ki, WUF13 şəhərsalma ilə yanaşı, vətəndaş cəmiyyəti və gənclərin şəhərlərin gələcəyi ilə bağlı müzakirələrdə iştirakının artırılması baxımından da əhəmiyyətlidir.
Forum təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması, mənzil təminatı və şəhər mühitinin inkişafı ilə bağlı müxtəlif yanaşmaların paylaşılması üçün geniş imkan yaratdı.
Azərbaycanın belə mötəbər beynəlxalq platformaya ev sahibliyi etməsi ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi və şəhərsalma sahəsində təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər gənclərin qlobal proseslərə marağının artırılması və onların ictimai təşəbbüslərdə daha fəal iştirak etməsi üçün də yeni imkanlar yaradır.
Hesab edirəm ki, WUF13 çərçivəsində əldə olunan təcrübə gələcəkdə şəhərlərin daha rahat, əlçatan və insan yönümlü inkişafına dair təşəbbüslərin genişlənməsinə töhfə verə bilər.
Həzrət Bədiyev
Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri
