Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda liseyin yaxınlığında baş verən silahlı insident nəticəsində dörd şagird yaralanıb.
Ucnoqta.az xəbər verir ki, məlumata görə, hadisə Niyazi Üzməz adına Anadolu Texniki Liseyinin yaxınlığında qeydə alınıb. Şəxsiyyəti hələ müəyyənləşdirilməyən şəxs naməlum səbəbdən təhsil müəssisəsinin yaxınlığında tüfəngdən atəş açıb.
Atəş nəticəsində dörd şagird xəsarət alıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıb.
Polis məktəbin ətrafını nəzarətə götürərək ərazidə araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları silahlı insidentin səbəblərini və atəş açan şəxsin kimliyini müəyyənləşdirməyə çalışır.
