29
Rusiyanın Tümen şəhərində məktəb binasının damında yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tümen vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlər hadisə yerinə çatdıqda binanın dam örtüyünün yandığını müəyyən ediblər. Yanğının açıq alovu 3 600 kvadratmetr ərazidə söndürülüb.
Hadisə zamanı məktəbdə heç kim olmayıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.
