28
Yaponiyada 2025-ci ildə intiharların ümumi sayı rekord aşağı səviyyəyə düşsə də, yeniyetmələr arasında bu göstərici müşahidələr tarixində ən yüksək həddə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, ötən il ölkədə 19 188 intihar qeydə alınıb. Bu, müvafiq statistikanın aparıldığı 1980-ci ildən bəri ilk dəfə göstəricinin 20 min nəfərdən aşağı düşməsi deməkdir.
Bununla yanaşı, yetkinlik yaşına çatmayanlar arasında intiharların sayı ardıcıl ikinci il artaraq 1 082-yə çatıb. İbtidai, orta və yuxarı məktəb şagirdləri arasında isə 538 intihar qeydə alınıb ki, bu da rekord göstəricidir.
