27
Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində baş verən sel nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilir ki, hadisə sentyabrın 5-də səhər saatlarında Tszyansi əyalətinin Suyçuan rayonunda baş verib. Palçıq-daş seli Qaopin qəsəbəsində 13, Tsoan yaşayış məntəqəsində 2, Tanxu qəsəbəsində isə 1 nəfərin həyatına son qoyub.
Təbii fəlakət nəticəsində 8 ev tamamilə dağılıb, daha 4 evə isə qismən ziyan dəyib.
Hadisə ilə əlaqədar Suyçuan rayonunda 18 minə yaxın sakin təxliyə olunub. Axtarış-xilasetmə əməliyyatlarına 170-dən çox əməkdaş cəlb edilib.
