25
Almaniya hökuməti ölkənin şimalındakı Bremerhaven limanının modernləşdirilməsinə ümumilikdə 1,5 milyard avro yönəldəcək.
Ucnoqta.az xəbər verir ki, layihənin əsas məqsədlərindən biri limanın Bundesver və NATO tərəfdaşlarının böyük həcmdə hərbi texnika və qoşun kontingentlərini daha sürətli qəbul edə bilməsi olacaq.
Euractiv-in məlumatına görə, sentyabrın 7-də Bremen senatı limanın infrastrukturunun inkişafı üçün 202,3 milyon avroluq planı təsdiqləyib. Vəsait əyalət büdcəsindən ayrılacaq.
Bu qərar federal hökumətin 2026–2031-ci illərdə limanın modernləşdirilməsinə 1,35 milyard avro ayırması üçün şərt olub.
