85
Pakistanın müdafiə naziri Xavacə Asif İran və ABŞ arasında münaqişənin həlli istiqamətində dolayı təmasların davam etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, nazir Geo TV-yə müsahibəsində bildirib.
O, Pakistanın tərəflər arasında gərginliyin azaldılması üçün səylərini davam etdirdiyini deyib. Asifin sözlərinə görə, İran və ABŞ nümayəndələri arasında birbaşa olmasa da, əlaqələr mövcuddur.
Asif əlavə edib ki, İslamabad regionda gərginliyin azaldılmasına kömək edəcək şərait yaratmağa çalışır. Nazir gələcəkdə münaqişənin deeskalasiyası ilə bağlı optimist olduğunu da vurğulayıb.
