26
Böyük Britaniyanın hava limanlarında hava hərəkətinin idarə olunması sistemində baş verən genişmiqyaslı texniki nasazlıq səbəbindən 1 900-dən çox uçuş ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times” hava nəqliyyatını izləyən Cirium şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, nasazlıq səbəbindən Londonun Hitrou, Qatvik, Stansted və London-Siti hava limanları da daxil olmaqla bir sıra hava limanlarında uçuşların qrafiki ciddi şəkildə pozulub.
Böyük Britaniyada hava hərəkətinin idarə olunmasına cavabdeh National Air Traffic Services (NATS) şirkətinin rəhbəri Martin Rolf hadisənin kiberhücumla bağlı olması ehtimalını istisna edib. Onun sözlərinə görə, baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacaq.
