30
BMT-nin baş katibi Antonio Quterreş İsrail hakimiyyətini Livanın cənubunda həyata keçirilən hərbi əməliyyatı dayandırmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, Quterreşin ofisinin yaydığı bəyanatda bildirilir ki, İsrailin Livanın cənubundakı, xüsusilə Nəbatiyə bölgəsində hərbi əməliyyatlarını genişləndirməsi ciddi narahatlıq doğurur.
BMT-nin baş katibi döyüşlər nəticəsində mülki əhali arasında ölənlərin sayının artmasını pisləyib və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.
