30
Ermənistanın keçmiş Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan beynəlxalq konsaltinq şirkəti Policy and Management Consulting Group (PMCG)-də baş məsləhətçi vəzifəsinə təyin olunub.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Qriqoryan dövlət idarəçiliyi, regional əməkdaşlıq, institusional inkişaf və strateji siyasət sahələrində layihələr üzərində çalışacaq.
Məlumata görə, o artıq TRIPP layihəsinin həyata keçirilməsinin mümkünlüyünün qiymətləndirilməsi ilə bağlı işlərə cəlb olunub.
