29
Ermənistan və Azərbaycan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun (TRIPP) keçəcəyi dövlət sərhədinin müəyyən hissəsində delimitasiya işləri apara bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Xandanyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, TRIPP layihəsinin praktiki icrasına başlanıldıqdan sonra dəmir yolu, neft və qaz kəmərlərinin keçəcəyi bəzi ərazilərdə sərhədin ayrı-ayrı hissələrinin delimitasiyası həyata keçirilə bilər.
Xandanyan qeyd edib ki, ümumi yanaşma sərhədin delimitasiyasının şimaldan cənuba doğru aparılmasıdır.
