30
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) Fars körfəzinin şimal hissəsində və Oman körfəzində bir neçə ticarət gəmisinin hücuma məruz qaldığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, məlumata görə, hücumlar nəticəsində gəmilər sıradan çıxıb. Hadisələrin bölgədə davam edən hərbi fəaliyyət fonunda baş verdiyi bildirilib.
UKMTO hazırda hadisələr nəticəsində xəsarət alanların olub-olmadığını və ətraf mühitə ziyan dəyib-dəymədiyini təsdiqləyə bilmədiyini qeyd edib.
Qeyd edək ki, UKMTO sentyabrın 5-də də bir neçə gəminin hücuma məruz qalması barədə məlumat vermişdi.
