Tanınmış ifaçı Murad Arif toyların 2 saat davam etməsi və qonaqlara say limiti qoyulması təklifin etiraz edib.
Ucnoqta.az xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Dədə-babalarımız 7 gün, 7 gecə (bəzən 40 gün, 40 gecə) toy edərmişlər. Bəzi bölgələrdə içki mədəniyyəti əsrlərə dayanır. Rayonlarımız var ki, körpənin adına çaxır basdırırlar həyətdə, “böyüyəndə, toyunda içərik” deyərək. Sazın, sözün, şərabçılığın diyarıdır e Azərbaycan. Bu ruh var olunca, qəti qorxusu yoxdur!
BİLİN! Toy sektoru Azərbaycanın MENTAL biznes strukturudur!”
Murad Arif xalqın dolanışığının buradan qaynaqlandığınıq eyd edib:
“Ayıq sürücüsündən tutmuş, xadiməsi, aşbazı, geyim ticarəti, maşın icarəsi, avtomobil satışı, dekorçular, salonlarına qədər. Saymaqla bitməz. Ofisiant tanıyıram, 3 övladını böyüdüb, təhsilini təmin edib. Milyonlarla insanın çörək puluyla oynamaqdan danışırsız?
Ağıllının biri çıxıb norma diktə edir: toylar 100 nəfərlik olsun, maksimum 2 saat davam eləsin. Özüm ölüm, dəlixanadıye… Get özündən, qohumlarından başla da, qardaşım. Dəb nədir? Biri başlayır. O birisinin xoşuna gəlir. Başqaları da təkrar edir.
Səni zorla toya aparan var? Yaxud sənə zorla toyuna 500 adam çağır deyən var? Öz əlindədir. Çətindir özündən başlamağa, dəyişməyə?! Çağırırlar, getmə! Pul salma, sənə də borclu qalmasın kimsə. Niyə bu qədər riyakarıq?! Səmimi olmağı bacarın ay insanlar, SƏMİMİ!!!”
“Bir-birinizə dürüst olun. Nə məcbur edir bu qədər saxta olmağa?! Mısmırıxla gəlib xalxın toyunu “ağırlaşdırmaq” nəyə lazım?!
Eləmə də 500 nəfərlik, elə 50 nəfərlik. Kim sənə nə deyə bilər?!
Başqasının məclisinə, dəbinə, keyfinə BURUN SOXMAQ NƏDİR?” – ifaçı əlavə edib.
