28
Dağıstanda 46 yaşlı kişi keçmiş həyat yoldaşının restorandakı işindən çıxmaqdan imtina etməsindən sonra onu və qızını güllələyib.
Ucnoqta.az xəbər verir ki, SHOT-un məlumatına görə, kişi 45 yaşlı keçmiş həyat yoldaşının çalışdığı “Zolotaya vilka” restoranına daxil olaraq qadından işdən çıxmasını tələb edib. O, qadının qaytımasını bildirib.
Qadın tələbi rədd etdikdə kişi tapançadan atəş açıb. Qadın qaçmağa çalışarkən arxadan güllələnib. Ona kömək etmək istəyən 23 yaşlı qızı da atəşə tutulub. Gənc qadın xəstəxanada dünyasını dəyişib.
Şübhəli şəxs saxlanılıb və barəsində cinayət işi açılıb. O, ömürlük həbs cəzası ala bilər.
