29
Pakistan Səudiyyə Ərəbistanına istənilən hücumun Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış üçtərəfli müdafiə sazişinin qüvvəyə minməsinə səbəb ola biləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Pakistanın müdafiə naziri Xavacə Asif Geo TV-yə müsahibəsində deyib ki, ölkələr sazişin şərtləri ilə bağlı öhdəlik daşıyırlar və müttəfiqlərə qarşı təcavüz olacağı təqdirdə Pakistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.
Nazir Yəməndəki husilərin Səudiyyə Ərəbistanına zərbələrinin sazişin işə salınmasına səbəb ola biləcəyini anlamalı olduqlarını vurğulayıb.
