32
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.
Ucnoqta.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Leyla Saday qızı Əhmədova külli miqdarda dələduzluqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə üçaylıq həbs qətimkan tədbiri seçilib.
