30
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı gündən etibarən Rusiya ordusunun 1 milyon 491 min 30 hərbçisi yaralanıb və ya məhv edilib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində 1 390 rusiyalı hərbçi məhv edilib. Bundan əlavə, 6 zirehli döyüş maşını, 12 yerüstü robototexniki kompleks, 62 artilleriya sistemi və digər hərbi texnika sıradan çıxarılıb.
Qeyd olunur ki, məlumatlar dəqiqləşdirilir.
24 fevral 2022-ci ildən 2 sentyabr 2026-cı ilədək Rusiyanın ümumi döyüş itkiləri təxminən belədir:
- canlı qüvvə – 1 491 030 (+1 390) nəfər;
- tanklar – 12 324 (+4);
- zirehli döyüş maşınları – 25 263 (+6);
- artilleriya sistemləri – 49 016 (+62);
- reaktiv yaylım atəş sistemləri – 2 081 (+2);
- hava hücumundan müdafiə vasitələri – 1 598 (+1);
- təyyarələr – 440;
- helikopterlər – 354;
- yerüstü robototexniki komplekslər – 2 464 (+12);
- operativ-taktiki səviyyəli PUA-lar – 494 146 (+1 969);
- qanadlı raketlər – 5 070 (+10);
- gəmilər və katerlər – 35;
- sualtı qayıqlar – 2;
- avtomobil texnikası və yanacaq çənləri – 142 715 (+383);
- xüsusi texnika – 4 625 (+2).
