Niyə bəzi insanlar bütün həyatları boyu hər qəpiyin hesabını aparır, digərləri isə maliyyə uğursuzluqlarından sonra belə yenidən ayağa qalxaraq pul qazanmağa başlayırlar?
Ucnoqta.az bildirir ki, astroloqların fikrincə, burada təkcə şans deyil, insanın xarakter xüsusiyyətləri də rol oynaya bilər.
Astroloqun sözlərinə görə, bəzi bürclərin nümayəndələri pul haqqında danışmaqdan çəkinmir, daha yaxşı həyat arzulamaqdan utanmır və mövcud vəziyyətlə kifayətlənmirlər.
“Bu insanları arzularının çox böyük, məqsədlərinin isə əlçatmaz olduğuna inandırmaq çətindir. Onların milyonları olmasa belə, gec-tez mütləq böyük məbləğ qazanacaqlarına inanırlar. Belə insanlar başqalarının risk gördüyü yerdə imkanları görə bilirlər. Onlar nəticə əldə etmək üçün illərlə çalışa, pul toplaya, öz inkişaflarına sərmayə qoya və uğursuzluqdan sonra hər şeyə yenidən başlaya bilirlər”, – deyə Maksimova bildirib.
Astroloq “milyonçu DNT-si”nə malik üç bürc kimi Oğlaq, Buğa və Şiri qeyd edib. Onun fikrincə, Oğlaq intizamı, Buğa sabitliyi və səbrini, Şir isə ambisiyası və geniş düşünmək cəsarəti sayəsində maliyyə uğuruna daha çox meyllidir.
Oğlaq (22 dekabr – 20 yanvar)
Oğlağın əsas üstünlüyü intizamıdır. Astroloqun fikrincə, sıfırdan maliyyə imperiyası qurmağa qadir bürc axtarılsa, Oğlaq əsas namizədlərdən biri olar. O, möcüzə gözləmir və təsadüfi qazanca ümid etmir. Sadəcə qarşısına məqsəd qoyur və ona doğru israrla irəliləyir.
Oğlaq başqalarının bir aya əldə etmək istədiyi nəticə üçün illərlə çalışa bilər. Buna görə də onun maliyyə uğuru çox vaxt tədricən formalaşır, lakin uzunmüddətli olur. Gəncliyində adi işçi kimi görünə bilər, lakin illər sonra biznes, daşınmaz əmlak və ya böyük kapital sahibi ola bilər.
Buğa (21 aprel – 20 may)
Buğa maddi məsələlərə xüsusi münasibəti ilə seçilir. O, rahatlığı, keyfiyyətli əşyaları və gözəl həyatı sevir. Lakin onun üçün maliyyə təhlükəsizliyi hissi daha vacibdir.
Astroloqun fikrincə, Buğa qazandığı pulu son qəpiyinə qədər xərcləməyə meylli deyil. O, vəsait toplamağı və artırmağı sevir. Böyük alış üçün uzun müddət pul yığa, daşınmaz əmlaka, öz biznesinə və ya etibarlı hesab etdiyi sahələrə investisiya edə bilər.
Şir (23 iyul – 23 avqust)
Şir qarşısına kiçik məqsədlər qoymağı sevmir. O, azadlıq, nüfuz və başqalarının yalnız xəyal etdiyi imkanlara sahib olmaq istəyir.
Bu bürc diqqət mərkəzində olmaqdan çəkinmir. Buna görə də özünü təqdim etmək, ideyasını irəli sürmək, yüksək maaş tələb etmək və ya şəxsi layihəsinə başlamaq onun üçün daha asan ola bilər.
Şir şəxsi brendin gücünü yaxşı anlayır və öz dəyərinə özü inanmadığı halda başqalarını buna inandırmağın çətin olduğunu düşünür.
Onun zəif tərəfi isə dəbdəbəli xərclərə meyilliliyidir. Şir böyük məbləğlər qazana bildiyi kimi, onları rahatlıq, səyahət və statuslu əşyalara da asanlıqla xərcləyə bilər. Astroloqun fikrincə, qazanc əldə etməklə yanaşı kapitalı düzgün qorumağı da öyrənsə, maliyyə ambisiyaları ciddi nəticə verə bilər.
