28
ABŞ və Çin İran ətrafındakı vəziyyətlə bağlı məsləhətləşmələr aparır və bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Aşvildə keçirilən “Böyük iyirmilik” (G20) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Məndən hamı soruşur: “Bəs Çin necə?” Mən cavab verirəm: “İran məsələsində Çinlə fikir ayrılıqlarımızdan daha çox ortaq mövqeyimiz var. Çin İranın nüvə silahına malik olmamalı olduğu ilə razıdır. Çin Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin edilməli olduğu ilə razıdır. Buna görə də bu məqsədlərə nail olmaq üçün Çinlə qapalı danışıqlar aparmışıq”, – deyə Bessent qeyd edib.
