25
İşğaldan azad olunan ərazilərdə avqust ayı ərzində aparılan minatəmizləmə işləri zamanı 3 359 mina və partlamamış hərbi sursat (PHS) aşkar edilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən Ucnoqta.az-a bildirilib ki, hesabat dövründə ərazilərdə 514 piyada əleyhinə mina, 121 tank əleyhinə mina və 2 724 PHS aşkarlanaraq zərərsizləşdirilməsi üçün aidiyyəti üzrə tədbirlər görülüb.
Məlumata görə, avqust ayında işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 7 568,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
