31
Ukrayna Silahlı Qüvvələri Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri təxminən 1 milyon 489 min 640 hərbçisini öldürüb və ya yaralayıb.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sentyabrın 1-də yaydığı məlumata görə, son sutka ərzində 1 440 rusiyalı hərbçi zərərsizləşdirilib.
Bildirilib ki, ötən 24 saat ərzində Rusiya ordusunun 4 tankı, 2 zirehli döyüş maşını, 71 artilleriya sistemi, 10 yerüstü robot kompleksi, 1 775 operativ-taktiki PUA-sı və 412 avtomobil və yanacaq çəninə aid texnika məhv edilib.
Məlumata əsasən, 2022-ci il fevralın 24-dən 2026-cı il sentyabrın 1-dək Rusiya ordusunun ümumi itkiləri təxminən belədir:
- şəxsi heyət – 1 489 640 (+1 440);
- tanklar – 12 320 (+4);
- zirehli döyüş maşınları – 25 257 (+2);
- artilleriya sistemləri – 48 954 (+71);
- reaktiv yaylım atəş sistemləri – 2 079;
- hava hücumundan müdafiə vasitələri – 1 597;
- təyyarələr – 440;
- helikopterlər – 354;
- yerüstü robot kompleksləri – 2 452 (+10);
- operativ-taktiki PUA-lar – 492 177 (+1 775);
- qanadlı raketlər – 5 060;
- gəmi və katerlər – 35;
- sualtı qayıqlar – 2;
- avtomobil texnikası və yanacaq çənləri – 142 332 (+412);
- xüsusi texnika – 4 623 (+2).
