27
Estoniya hava məkanına pilotsuz uçuş aparatlarının (PUA) daxil olduğu iddiasından sonra NATO qırıcılarını havaya qaldırıb.
Ucnoqta.az bildirir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna “X” sosial şəbəkəsində yazıb.
“Gecə saatlarında Estoniyanın bəzi ərazilərində hava həyəcanı elan edildi. Buna pilotsuz uçuş aparatlarının sərhədimizə yaxınlaşması və Estoniya hava məkanına daxil olması səbəb olub. Buna cavab olaraq Əmari aviabazasından NATO qırıcıları havaya qaldırılıb”, – deyə o, bildirib.
Nazir əlavə edib ki, ölkədə hava həyəcanı artıq ləğv olunub.
