23
«Qızıl top» mükafatının sahibi Kərim Benzema Səudiyyə Ərəbistanının «Əl-Hilal» klubundan ayrılıb.
Ucnoqta.az xəbər verir ki, tərəflər arasındakı müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Razılaşma mövsümün sonuna qədər qüvvədə idi.
38 yaşlı Benzema fevral ayında «Əl-Hilal»a keçmişdi. O, klubun heyətində 16 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
